2019-cu ildə Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 364,3 mln. manat vəsait transfert edilib,
Fins.az bu barədə Maliyyə Nazirliyinin 2019-cu il üzrə dövlət və icmal büdcənin icrasına (operativ) dair məlumatına istinadən xəbər verir.
Büdcənin digər gəlirlər – 164,5 milyon manat, büdcə təşkilatlarının büdcədənkənar gəlirləri – 590,1 milyon manat təşkil edib.
IV rübdə dövlət büdcəsinin mədaxili 7 milyard 328,4 milyon manat təşkile edib.
2019-cu il dövlət büdcəsinin gəlirləri 23 mlrd. 168 mln. manat, xərcləri üzrə 25 mlrd. 190 mln. manat məbləğində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat səviyyəsində proqnozlaşdırılıb
Müəllif:Aynur Qəniyeva