Gələn il 785 kilometr yeni qaz kəməri əsaslı təmir ediləcək.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev dekabrın 29-da ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, gələn il, eyni zamanda, 800 yeni qaz tənzimləyici, 800 siyirtmə quraşdırılacaq. Cari ildə isə 646 kilometr yeni qaz xətti əsaslı təmir edilib, 830 qaz tənzimləyici quraşdırılıb.