SƏNAYE

24 Dekabr

Çovdar Filiz Emalı Sahəsində ekoloji layihənin icrasına start verilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti IDEA İctimai Birliyinin təşəbbüsü ilə ekoloji siyasətinin davamı olaraq məişət tullantılarının çeşidlənməsi üzrə layihəyə start verib.

Layihə çərçivəsində Cəmiyyətin Çovdar Filiz Emalı Sahəsində (ÇFES) tullantıların çeşidlənməsinə başlanılıb. Belə ki, “AzerGold” QSC ilə “Az.Ekol.” MMC arasında imzalanan müqaviləyə əsasən ÇFES-də istifadə olunmuş, yararsız pet şüşələri, kağız, karton, plastik tullantıları üçün xüsusi toplama qutuları yerləşdirilib. Sahədə çeşidlənib toplanan tullantılar utilizasiya üçün sözügedən şirkətə təhvil verilərək təkrar emala yönləndiriləcək.

Məişət tullantılarının ətraf mühitə təsirinin mimumuma endirilməsi, istifadəyə yarassız plastik qabların yığımı və çeşidlənməsi qaydaları ilə tanışlıq   məqsədilə ÇFES-də informativ təlim keçirilib. Tədbir çərçivəsində ərazidə çalışan işçilərə tullantıların çeşidlənməsinin ətraf mühitə mənfi təsirlərin azaldılmasında rolu, tullantıların təkrar emala yönləndirilməsi üçün tələb olunan qaydalar və bu kimi mövzularda təlimatlandırılıblar.