SƏNAYE

20 Dekabr

Kremençuq zavoduna 70 min ton Azərbaycan nefti çatdırılacaq

Ukraynanın Kremençuq Neft Emalı Zavodu üçün nəzərdə tutulan ümumi tutumu 70 min Azərbaycan nefti ilə yüklənmiş “Aegean Freedom” tankerinin bu gün Odessa limanına çatması nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bu barədə yanacağın dəniz tədarükü ilə məşğul olan treyderlər bildiriblər.

“MarineTraffic” portalının məlumatına əsasən, gəmi dekabrın 18-də Gürcüstanın Supsa limanında yüklənib.

© Report