SƏNAYE

20 Dekabr

Birgə sənaye parkının mərkəzi seçildi

İranın Ərdəbil vilayətinin Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədri, İran və Azərbaycan Birgə Ticarət Palatasının həmsədri Hüseyn Pirmüəzzin dövlət və özəl sektorun dialoqu şurasının iclasında bildirib ki, İranın şimal-qərbində yerləşən Ərdəbil 3 vilayət (Ərdəbil, Şərqi Azərbaycan və Gilan vilayətləri) arasında İran və Azərbaycanın birgə sənaye parkının mərkəzi olaraq seçilib.

Hüseyn Pirmüəzzinin qeyd edib ki, Ərdəbil lazımi infrastrukturlara və Azərbaycanla yaxın olduğuna görə sənaye parkının mərkəzi seçilib. O əlavə edib ki, İran və Azərbaycan arasında sənaye parkının yaradılması və hər iki ölkənin dəmir yolunun birləşdirilməsi Ərdəbili dalandan çıxaracaq: “Bu iki layihənin reallaşması ilə İran və Azərbaycanın iqtisadi və ticarət münasibətləri inkişaf edəcək”. İran və Azərbaycan arasında dəmir yolunun çəkilməsinə münasibət bildirən palata rəsmisi deyib ki, bu layihə üzrə ilk razılaşma əldə olunub