SƏNAYE

20 Dekabr

Şimali Makedoniya Azərbaycan qazının nəqli üçün daha bir qaz kəməri çəkəcək

Şimali Makedoniya Azərbaycan qazına çıxış əldə etmək üçün Bolqarıstanla qaz borusu tikmək niyyətindədir. Şimali Makedoniya və Bolqarıstan ticarət-sənaye palatalarının nümayəndələri tərəfindən hazırlanan təşəbbüs hər iki ölkənin baş nazirləri Zoran Zayev və Boyko Borisova təqdim edilib.

Boru kəmərinin Şimali Makedoniyanın Strumitsa şəhərindən Bolqarıstanın Petriç şəhərinədək çəkilməsi nəzərdə tutulur. Layihə 20-25 milyon avro dəyərində qiymətləndirilir və üç ay ərzində başa çatacağı gözlənilir. Z.Zayev bildirib ki, Strumitsa və Petriç şəhərləri arasında mayeləşdirilmiş qaz nəql edən boru sistemi artıq mövcuddur və ikinci boru kəməri ölkələrin Trans-Adriatik boru kəmərinə çıxışını asanlaşdıracaq. Qeyd edək ki, Şimali Makedoniya, həmçinin Yunanıstanla interkonnektorun tikintisini planlaşdırır