SƏNAYE

20 Dekabr

Yanvar-noyabr aylarında Azərbaycanda sement istehsalı 1,6% azalıb

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 709,8 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,4% çoxdur. Bu barədə fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə respublikada sement istehsalı 3 milyon 165,8 min ton (2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə azalma 1,6%), tikinti əhəngi istehsalı 40,6 min ton (artım 48,5%), sement, süni daş və betondan tikinti blokları və kərpic, süni daş və ya beton istehsalı 79,8 min ton (artım 26,8%), asfalt istehsalı 360,2 min ton (artım 34,23%), tikinti kərpici istehsalı 390,3 min ton (artım 38,1%), hazır beton qarışığı istehsalı 1 milyon 668,7 min ton (artım 28,1%), işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 34,457 min ton (artım 13,5%) təşkil edib.

Yanvar-noyabr aylarında tikinti gipsi istehsalında 66,5% - 13,5 min tonadək, beton konstruksiya istehsalında 53,3% - 38,9 min kubmetrədək azalma qeydə alınıb