Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Moskvaya səfəri çərçivəsində Rusiyanın sənaye və ticarət naziri Denis Mantirovla görüşüb. Bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyindən məlumat verilir.
“Görüş zamanı tərəflər yüksək texnoloji sənaye sahəsində ikitərəfli əməkdaşlığın vəziyyətini nəzərdən keçiriblər və onun inkişaf istiqamətərini müəyyən ediblər”, - nazirlikdən bildirilir.
Manturov gələcəkdə iki ölkə arasında səmərəli əməkdaşlığın inkişafına əminliyini ifadə edib