SƏNAYE

19 Dekabr

Gürcüstan istehlak etdiyi təbii qazın 95 faizini Azərbaycandan alır

Cari ildə Gürcüstanın daxili tələbatını ödəmək üçün təxminən 2,6 milyard kubmetr təbii qaz alınacaq. Bu həcmin 95 faizi Azərbaycanın payına düşür. Bununla da deyə bilərik ki, Azərbaycan ölkəmizin əsas təbii qaz tədarükçüsü olaraq qalır. Bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava jurnalistlər müsahibəsində deyib.

Ölkəsinin Rusiyadan təbii qaz alması məsələsinə toxunan nazir bildirib: "Gürcüstan bu ilin sonuna qədər Rusiyanın "Gazprom" şirkətindən 160 milyon kubmetr təbii qaz alacaq. Bu da ümumi istehlakın təxminən 5 faizini təşkil edir".