SƏNAYE

19 Dekabr

Azərbaycanda elektrik enerjisinin istehsalı 4,2% artıb

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda 21 mlrd. 946,5 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 4,2% çoxdur. 

Hesabat dövründə ölkədə 21 mlrd. 176,9 mln. kVt/saat (artım 4,5%) əmtəəlik elektrik enerjisi istehsal olunub.

Yanvar-noyabr aylarında “Azərenerji” ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı - İF) istilik elektrik stansiyaları 19 mlrd. 571,7 mln. kVt/saat (artım 5,6%), su elektrik stansiyaları 1 milyard 464,5 mln. kVt/saat (azalma 10,3%) əmtəəlik elektrik enerjisi istehsal edib.

Bundan başqa, qeyd olunan dövrdə respublikada əmtəəlik külək enerjisinin istehsal həcmi 100 mln. kVt/saat (artım 2 dəfə), günəş enerjisinin istehsal həcmi 40,7 mln. kVt/saat (artım 9,4%) təşkil edib.

Elektrik enerjisi istehsalının ümumi və əmtəəlik göstəriciləri arasında fərq onunla izah olunur ki, “Azərenerji” ASC istehsal olunan elektrik enerjisinin bir hissəsini öz tələbatının təmin olunmasına sərf edir.

Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 25 mlrd. 256,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin göstəricisindən 13,7% çoxdur