SƏNAYE

19 Dekabr

Azərbaycanda günəş enerjisi istehsalı 2 dəfə artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 772,mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Fins.az xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 5,9% artaraq 298,4 mln. manat təşkil edib.

Ötən 11 ay ərzində Azərbaycanda 21 176,mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 4,57% çoxdur.

Bunun 464,5 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 10,3% azdır.

Bunun 19571,7 mln. kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 5,6% çoxdur.

Hesabat dövründə Azərbaycanda 100 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 2 dəfə çoxdur.

Yanvar-noyabr aylarında ölkədə 40,7 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 9,4% çoxdur.