SƏNAYE

19 Dekabr

Azərbaycanda qızıl istehsalı 10%-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 553,kq qızıl istehsal edilib.

Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur. Bu il dekabrın 1-nə ölkədə 342,kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, bu ilin 11 ayı ərzində Azərbaycanda 815,kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 28,9% çoxdur. Bu il dekabrın 1-nə ölkədə 225,kq hazır məhsul ehtiyatı yaranıb.