SƏNAYE

18 Dekabr

BP 2020-ci ildə “Çıraq” və “Alfa” platformalarını profilaktik işlərlə əlaqədar dayandırmağı planlaşdırır

“BP-Azerbaijan” şirkəti 2020-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda bir və “Şahdəniz” yatağında bir platformanı profilaktik işlərin aparılması məqsədilə dayandırmağı planlaşdırır. Fins.az xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.

“Biz gələn il “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda “Çıraq” və “Şahdəniz” yatağında “Alfa” platformalarını profilaktik işlərin aparılması məqsədilə dayandırmağı planlaşdırır. Bu, 2020-ci ilin ikinci yarısı üçün nəzərdə tutulub”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab verərkən bildirib.

Hazırda AÇG blokunda neft hasilatı 6, “Şahdəniz” yatağında iki platformadan həyata keçirilir.