SƏNAYE

18 Dekabr

Azərbaycan neft ixracını 4,2% azaldıb, qaz ixracını 26,5% artırıb

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan 25 milyon 989 min ton neft ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 4,2% azdır. 

Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $11 milyard 956 milyon 647,3 min (azalma 14,5%) təşkil edib.

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan 9 milyard 721,7 milyon kubmetr qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 26,5% çoxdur. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $2 milyard 51 milyon 39,5 min (artım 42%) təşkil edib.

2018-ci ildə Azərbaycan $16 milyard 345,52 milyon dəyərində 32 milyon 651,1 min ton neft və $1 milyard 705 milyon 668,6 min dəyərində 9 milyard 914,9 milyon kubmetr qaz ixrac edib.

Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə ixrac edilir