SƏNAYE

18 Dekabr

Azərbaycanda gümüş hasilatı 29% artıb

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 min 815,3 kq gümüş hasil edilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 28,9% çoxdur. Bu barədə fins.az -a  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Noyabrda ölkədə 597,2 kq gümüş hasil edilib.

1 dekabr 2019-cu il tarixinə istehsalçı şirkətlərin anbarlarında gümüş ehtiyatının həcmi 225,8 kq təşkil edir.

2018-ci ildə Azərbaycanda 2 min 671,1 kq gümüş hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 3,8 dəfə çoxdur.

Hazırda Azərbaycanda gümüş hasilatı 2 şirkət tərəfindən həyata keçirilir. Xüsusilə Azərbaycan 1997-ci il avqust ayının 21-də “Anglo Asian Mining PLC” şirkəti ilə müqavilə imzalayıb.

Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC də hasilatla məşğul olur.