SƏNAYE

17 Dekabr

Azərbaycan elektrik enerjisinin ixracını artırıb

Bu ilin yanvar-noyabr aylarında ölkədən 1 milyard 742,7 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib. Fins.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac olunan elektrik enerjisinin dəyəri 76 milyon ABŞ dollarından çox olub.

Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycandan 1 milyard 380,1 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 64,9 milyon dollar təşkil etmişdi.