Sberbank-dan Akkuyu-ya 800 milyon dollar kredit

Rusiyanın Sberbank bankı Türkiyənin Rusiya ilə əməkdaşlıq etdiyi Akkuyu AES-in tikintisi üçün 800 milyon dollar kredit verəcək.
Fins.az xəbər verir ki, Sberbank Akkuyu atom elektrik stansiyasının tikintisi üçün kredit verəcək.

Məlumata görə Rusiya mərkəzli Sberbank verdiyi açıqlamada, Akkuyudakı atom elektrik stansiyasının 4 blokunun tikintisi üçün 7 illik 800 milyon dollar kredit ayıracağını açıqlayıb.

Sberbank İdarə Heyətinin sədr müavini Anatoli Popov xatırladıb ki, Sberbank 2009-cu ilin avqustun əvvəlində elektrik stansiyası üçün 400 milyon dollar məbləğində 7 illik müddətli kredit verib və son kreditlə bağlı bunları deyib: atom elektrik stansiyası tikmək kimi irimiqyaslı layihənin ilk kreditoru olub.Bu layihə bank üçün strateji əhəmiyyət kəsb etdiyi üçün maliyyələşdirməni davam etdirməkdən məmnunuq. Sberbank bu il açılan 800 milyon ABŞ dolları məbləğində yeni kreditlərlə Rosatom-un bu ən böyük beynəlxalq layihəsinin kreditorları arasında lider mövqeyini qoruyub saxlayır.

SHARE THIS STORY

FacebookTelegramTwitter