Rusiyadan gübrə ixracına kvota

Rusiya yerli təchizatçıları qorumaq və enerji böhranının səbəb olduğu gübrə qiymətlərinin artmasına qarşı fermerlərin xərclərini məhdudlaşdırmaq üçün gübrə ixracına kvota qoyur.
Fins.az xəbər verir ki,Rusiyanın baş naziri Mixail Mişustin enerji böhranı səbəbiylə ərzaq qiymətlərindəki artımın qarşısını almaq üçün gübrə ixracına 6 aylıq kvota tətbiq edəcəklərini açıqlayıb.

Qərar Rusiya prezidenti Vladimir Putinin fermerlərə dəstək üçün bir sıra tədbirlərin görüləcəyini bəyan etməsindən sonra verilib. “İnterfaks”ın xəbərinə görə, kvota qərarı dekabrda qüvvəyə minəcək.

Təbii qaz qiymətlərindəki artımın qlobal bazarlara mənfi təsir göstərdiyini, azot gübrəsinin qiymətlərində artım ola biləcəyini və ərzaq xərclərinin arta biləcəyini ifadə edən Mişustin, “Bunun qarşısını almaq üçün müvəqqəti olaraq ixracı məhdudlaşdırırıq” deyib

Enerji qiymətləri istehsal xərclərini artırdığı üçün qarğıdalı kimi müxtəlif bitkilər üçün vacib qida elementi olan azot gübrəsinin qiymətləri yüksəlir.

Green Markets məlumatlarına görə, Şimali Amerikada gübrə qiymətləri indeksi keçən ay rekord qırdı, Qərbi Avropada ammonyak qiymətləri on ildən çox müddətdə ən yüksək səviyyəyə qalxıb.

Çin Baş Gömrük İdarəsi əvvəlki günlərdə gübrə ixracına nəzarət etdiyini açıqlamışdı. Keçən ay fransız fermer qrupları da gübrə qiymətlərinin üç dəfə artdığını qeyd edərək, qıtlığın ola biləcəyi barədə xəbərdarlıq etmişdilər.

SHARE THIS STORY

FacebookTelegramTwitter