Azərbaycanda hava necə olacaq? PROQNOZ

Azərbaycanda hava necə olacaq? PROQNOZ

SOSİUM
856

Aprelin 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Fins.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda hava necə olacaq? PROQNOZ — Fins.az — Fins.az