İsveçrə vergi sisteminin təkmilləşdirilməsində Azərbaycana yardım edəcək

İsveçrə vergi sisteminin təkmilləşdirilməsində Azərbaycana yardım edəcək

BİZNES
753

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi vergilər sahəsində Azərbaycan İqtisadiyyat Nazirliyi və Dünya Bankı ilə birlikdə həyata keçiriləcək proqramı təsdiq edib.

İsveçrənin Azərbaycandakı səfirliyinin məlumatına görə, bu proqramın həyata keçirilməsi üçün 1,6 milyon ABŞ dolları ayrılması nəzərdə tutulub.

Proqramın məqsədi koronavirus nəticəsində başlayan dünya səhiyyə və iqtisadi böhranın sosial-iqtisadi nəticələrini aradan qaldırmaqdır. Proqram həmçinin vergi ödəyicilərinin qeydiyyatı üzrə məlumat bazasının dəqiqliyinin artırılması və hökumətin şəffaflığın gücləndirilməsi yönündə gördüyü tədbirləri dəstəkləmək məqsədi güdür.

(c)report

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveçrə vergi sisteminin təkmilləşdirilməsində Azərbaycana yardım edəcək — Fins.az — Fins.az