Azərbaycan Nəşriyyatı MMC 2024-cü ili 1,842 milyon manat xalis zərər ilə başa vurub

Azərbaycan Nəşriyyatı MMC 2024-cü ili 1,842 milyon manat xalis zərər ilə başa vurub

BİZNES
604

Finss.az - “Azərbaycan Nəşriyyatı” MMC 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb.

Şirkət 2024-cü ili 1 milyon 842 min manat xalis zərər ilə yekunlaşdırıb ki, bu da 2023-cü ildəki 1 milyon 610 min manat zərərdən daha yüksəkdir.

Marja.az-ın məlumatına görə, “Azərbaycan Nəşriyyatı”nın əsas əməliyyat gəlirləri 2023-cü ildə 5 milyon 374 min manat olub, lakin 2024-cü ildə bu rəqəm 5 milyon 223 min manata qədər azalıb. Şirkətin əsas xərcləri isə eyni dövrdə 4 milyon 978 min manatdan 5 milyon 684 min manata yüksəlib.

Bu göstəricilər şirkətin gəlirləri ilə xərcləri arasında yaranan fərqin genişlənməsi səbəbindən xalis zərərin artmasına gətirib çıxarıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Nəşriyyatı MMC 2024-cü ili 1,842 milyon manat xalis zərər ilə başa vurub — Fins.az — Fins.az