Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verdi

Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verdi

BANK
312

Azərbaycan Mərkəzi Bankı (AMB) üç kredit ittifaqına icrası məcburi göstəriş verib.

AMB-dən Finss.az-a verilən məlumata görə, sözügedən kredit ittifaqları “Stimul”, “Total Finans”, “Finans” MMC-lərdir.

Belə ki, sözügedən kredit ittifaqlarının hər biri tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməyib.

Bu səbəblə “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən onlara bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verdi — Fins.az — Fins.az