2025-ci ilin oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 17,47 milyard manat təşkil edib.
Finss.az Maliyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bunun 7,987 milyard manatı dövriyyədə olan dövlət qiymətli kağızları, 9,60 milyard manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklər təşkil edir.
Dövlət qiymətli kağızlarının müddət strukturu belədir:
- 1 illik: 3%
- 2 və 3 illik: 56,3%
- 5 il və daha artıq müddətli: 40,7%
Oktyabrın 1-nə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,52 il təşkil edib. Hesabat dövründə dövlət istiqrazlarının orta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmə həcmlərinin hamarlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarının geri alınaraq daha uzunmüddətli istiqrazlarla əvəz olunması OÖM-in artmasına səbəb olub.
Bu göstəricilər Azərbaycanın daxili borc bazasının idarəolunan olduğunu və dövlət istiqrazlarının uzunmüddətli maliyyələşdirməyə yönəldildiyini göstərir.
Fuad Mədətov
Finss.az

