2025-ci ilin yanvar–iyun aylarında funksional təsnifata uyğun olaraq təhsil xərcləri 120 faiz icra edilməklə 2,473 milyard manat təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına əsasən, 2026-cı ilin dövlət büdcəsinin proqram təsnifatı üzrə “Təhsil” sektoru çərçivəsində 10 proqramın icrası üçün 5,016 milyard manat vəsait ayrılması nəzərdə tutulur.
Bu məbləğin 4,954 milyard manatı “Keyfiyyətli təhsil” dayanıqlı inkişaf məqsədinə (DİM 4) uyğun layihələrin maliyyələşməsinə yönəldiləcək. Qalan 62,1 milyon manat isə insan kapitalının inkişafı, peşəkar fəaliyyətin stimullaşdırılması və digər təhsil təşəbbüsləri üçün nəzərdə tutulub.
Proqnozlara görə, təhsil xərcləri 2027-ci ildə 5,335 milyard manat, 2028-ci ildə 5,713 milyard manat olacaq. Beləliklə, 2029-cu ildə təhsil xərclərinin 2026-cı illə müqayisədə 13,9 faiz artaraq 5,713 milyard manata çatacağı gözlənilir.