2026-cı il üçün Azərbaycanın icmal büdcəsi üzrə gəlirlər 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 1 milyard 18,8 milyon manat və ya 2,3% artaraq 44 milyard 969,4 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Finss.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan və 2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi sənədində əksini tapıb.
Sənədə əsasən, ortamüddətli dövrün sonuna qədər icmal büdcə gəlirlərinin 6 milyard 472 milyon manat və ya 14,7% artaraq 50 milyard 422,5 milyon manata çatacağı gözlənilir.
Hesabatda həmçinin bildirilir ki, 2026-cı il üçün icmal büdcənin xərcləri 2025-ci illə müqayisədə 1 milyard 209,9 milyon manat və ya 2,5% çox olmaqla 48 milyard 839,3 milyon manat səviyyəsində nəzərdə tutulur. Ortamüddətli dövrün sonunda isə xərclərin 4 milyard 553 milyon manat və ya 9,6% artaraq 52 milyard 182,4 milyon manata yüksələcəyi proqnozlaşdırılır.
Fuad Mədətov
Finss.az