RƏSMİ

09 Oktyabr

Dövlət Gömrük Komitəsinin büdcəyə daxilolmaları azalıb

2025-ci ilin ilk 9 ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 4,748 milyard manat təşkil edib.

Finss.az-ın Maliyyə Nazirliyinə istinadən məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 183 milyon manat və ya 3,7% azdır.

Gömrük daxilolmaları proqnozdan 1,6% az icra edilib. Qeyd edək ki, 2025-ci il üzrə DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir.

Fuad Mədətov
Finss.az