RƏSMİ

01 Avqust

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyindəki nöqsanları müzakirə edib

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.

Finss.az xəbər verir ki, bu barədə Palatadan məlumat verilib.

Bildirilib ki, iclasda “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər əmlakın istifadə olunmasının auditinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib.

Müzakirələrin yekununda auditor hesabatı təsdiqlənib və aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.

Kollegiya iclasında həmçinin nəzarət tədbirinin başlanılması ilə bağlı proqram da müzakirə olunaraq təsdiq edilib.