Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlərin siyahısı genişləndirilir.
Finss.az xəbər verir ki, bu məsələ Milli Məclisin dünən keçirilən iclasında müzakirə olunan “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsində dövlət büdcəsinin qeyri-neft gəlirlərinin proqnozlaşdırılması prosesində proqnoz ilə faktiki icra arasında kənarlaşmaların minimuma endirilməsi, həmçinin, büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi məqsədilə müəyyən edilmiş qeyri-neft gəlirlərinin ortamüddətli dövr üzrə hədəf göstəricisinin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlərin siyahısına əlavə edilməsi təklif olunur.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.