RƏSMİ

09 İyul

Vergi daxilolmaları artıb: Proqnoz 105,7% yerinə yetirilib

Finss.az - 2025-ci ilin yanvar–iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 703,7 milyon manat məbləğində vergi daxil olub.

Bu göstərici proqnozla müqayisədə 105,7 faiz səviyyəsində yerinə yetirilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 421,6 milyon manat və ya 5,1 faiz artım göstərib.

Hesabat dövründə qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 421,6 milyon manat təşkil edib. Bu sahədə proqnoz 103,6 faiz səviyyəsində icra olunub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorundan daxilolmalar 546,8 milyon manat və ya 9,3 faiz artıb.

Ümumilikdə, büdcəyə daxil olan vergilərin 73,8 faizi qeyri-neft-qaz sektorunun, 26,2 faizi isə neft-qaz sektorunun payına düşüb.