Finss.az - Azərbaycan hökumətinin ötənilki qənaətbəxş fəaliyyətini bu gün müzakirə edilən dövlət büdcəsi şərtləndirib.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
"Aparılmış müzakirələr və təhlillərin nəticələri 2024-cü ilin büdcəsini ölkəmizin iqtisadi inkişafına, əhalinin sosial rifahına və milli maraqlarımıza xidmət edən maliyyə sənədi kimi xarakterizə etməyə imkan verir. Ötən ilin dövlət büdcəsi Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin, irəli sürdüyü strateji təşəbbüslərin həyata keçirilməsi, dövlətin mühüm funksiyalarının ahəngdar icrası üçün etibarlı maliyyə təminatı yaradıb", - deyə o qeyd edib.