Finss.az - Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu arasında birgə fəaliyyət imkanları müzakirə edilib.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun (OPEC Fund) prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdən məmnun olduq. Dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələləri müzakirə etdik, infrastruktur layihələri çərçivəsində birgə fəaliyyət imkanlarını dəyərləndirdik", - deyə o qeyd edib.