RƏSMİ

21 May

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinə yeni təyinat

Finss.az -  Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə yeni nazir təyin edilib.

Ali Məclis sədrinin birinci müavini, sədr vəzifəsini icra edən Bəxtiyar Məmmədovun müvafiq əmri ilə Rafael Quliyev bu vəzifəyə gətirilib. Rafael Quliyev bu təyinata qədər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, indiyədək nazir səlahiyyətlərini nazir müavini Xəyalə Dadaşova icra edirdi. O, müavin kimi fəaliyyətini davam etdirəcək. Rəsmi sərəncamın yaxın dəqiqələrdə ictimaiyyətə açıqlanacağı gözlənilir.