Finss.az — Ölkənin ümumi daxili məhsulu (ÜDM) 39 305,8 milyon manat təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 100,9 faiz səviyyəsində artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, qeyri-neft-qaz sektorunda isə daha yüksək artım müşahidə olunub. 2025-ci ilin yanvar-aprel aylarında qeyri neft-qaz ÜDM 26 449,5 milyon manat təşkil edərək 2024-cü ilin eyni dövrü ilə müqayisədə 103,3 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 107,7 faiz artım göstərib.