Finss.az - 2025-ci ilin yanvar–aprel ayları ərzində Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə 66,4 milyon manat vəsaitin ödənilməsini təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,2 faiz çoxdur.
Bu müddət ərzində ümumilikdə 14 hərrac keçirilib.
Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketləri, 1 kiçik dövlət müəssisəsi və 324 nəqliyyat vasitəsi özəlləşdirilib. Dövlət əmlakının hərraca çıxarılması prosesi ilə bağlı 123 elektron sifariş qəbul olunub və hərraclarda iştirak etmək üçün “Elektron hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşdırılıb.
Eyni zamanda, 2025-ci ilin ilk 4 ayı ərzində 190 qeyri-yaşayış və 1254 torpaq sahəsi üzrə olmaqla, ümumilikdə 1444 yeni icarə müqaviləsi bağlanıb. İcarə müqavilələrindən əldə olunan vəsait 14,8 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artım deməkdir.