RƏSMİ

22 Aprel

Prezident: Çinlə “Kəmər və Yol” təşəbbüsündə fəal iştirak edirik

Finss.az - Biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb.

Bunu Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində deyib.

“Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir”, - deyə Azərbaycan Prezidenti bildirib.

Zemfira Ms
Finss.az