RƏSMİ

18 Aprel

Güzəştli ipoteka kreditlərinin 62%-i vətəndaşlara deyil, istiqrazlara gedib - Hesabalama Palatası

Dövlәt büdcәsindәn ayrılmış vәsaitlәr qanunvericiliyin tәlәbinә uyğun olaraq güzәştli ipoteka kreditlәrinin maliyyәlәşdirilmәsinә yönәldilmәli olduğu halda, Fond tәrәfindәn güzәştli kreditlәrin 62,3%-i ipoteka istiqrazlarının örtüyü kimi istifadә edilib.

Finss.az xəbər verir ki, bu barədə Hesablama Palatası tərəfindən İpoteka vә Kredit Zәmanәt Fondunda (İKZF) aparılan audit yoxlamalarının nəticələrində bildirilib.

Qeyd edilib ki, Fond mәnzil fondunun maliyyәlәşdirilmәsindә yalnız kapitalı vә istiqrazları deyil, hәmçinin ipoteka kreditlәri ilә tәmin edilmiş ipoteka istiqrazlarının daxilolmalarını da istifadә edib, bu da tәlәbatı çox olan adi ipoteka kreditlәrinin mәhdudlaşmasına şәrait yaradıb: "Belә ki, 31.12.2023-cü il tarixinә mәnzil fondunun formalaşdırılması üçün cәmi 740,9 mln. manat vәsait yönәldilib ki, bu mәblәğin 597,6 mln. manatı cәlb edilmiş vәsaitlәr, o cümlәdәn 217,6 mln. manat ipoteka kreditlәri ilә tәmin edilmiş ipoteka istiqrazları üzrә daxilolmalar hesabına tәmin olunub. 2023-cü il әrzindә 1419 kredit müqavilәsi üzrә 155,5 mln. manat hәcmindә yeni kirayә müqavilәsi imzalansa da, Fond tәrәfindәn әvvәlki illәrdә vә 2023-cü il әrzindә tәhvil alınmış 1161 mәnzilin kirayә verilmәsi tәmin edilmәyib. Defolt olmuş sahibkarlıq subyektlәrinә Fond tәrәfindәn 3 halda cәmi 315128,09 manat mәblәğindә zәmanәt üzrә ödәniş edilib, 11749,97 manat vәsaitin qaytarılması tәmin edilib, 303378,12 manat vәsaitin isә qaytarılması tәmin edilmәyib".

Bildirilib ki, İKZF tәrәfindәn likvid vәsaitlәrin yerlәşdirilmәsi zamanı zәruri iqtisadi tәhlillәrin vә risk qiymәtlәndirilmәsinin tam aparılmaması nәticәsindә vәsaitlәrin tәhlükәsizliyi tәmin edilmәyib, 2023-cü ilin sonuna lәğv edilmiş bankda 5,0 mln. manat depozit vә 220,0 min manat hesablanmış, lakin ödәnilmәmiş faiz mәblәği qalaraq maliyyә itkilәri riski yaranıb.

Həmçinin əlavə edilib ki, sahibkarların kreditlәrinә görә faiz subsidiyalarının maliyyәlәşdirilmәsi üçün ayrılan lakin tam istifadә olunmamış vәsait dә Fondun likvid portfelinin formalaşmasına yönәldilib.

"Müvәkkil Kredit Tәşkilatlarına ayrılmış limitlәrin tam icra edilmәmәsi, limitlәr üzrә icra mexanizmlәrinin müfәssәl olmaması yeni mexanizimlәrin tәdbiqini zәruri edib"- audit yoxlamasında vurğulanıb.