RƏSMİ

18 Aprel

Azərbaycanda səhiyyəyə ayrılan büdcə artır: 2026-cı ildən 4 illik artım proqnozu

Səhiyyə sahəsi üzrə 2026-cı il və sonrakı illər üçün dövlət büdcəsində nəzərdə tutulan xərclər məlum olub.

Finss.az xəbər verir ki, bu göstəricilər 2026–2029-cu illəri əhatə edən dövlət büdcəsi layihəsində funksional təsnifat səviyyəsində öz əksini tapıb.

Səhiyyə xərclərinin illər üzrə proqnozu:

İl Məbləğ (manatla) Artım (manatla) Artım (%)
2025 1 milyard 993 milyon 578,3 min
2026 2 milyard 69 milyon 680,4 min +76 milyon 102 +3.8%
2027 2 milyard 145 milyon 131,3 min +75 milyon 450,9 +3.6%
2028 2 milyard 241 milyon 524,4 min +96 milyon 393,1 +4.5%
2029 2 milyard 332 milyon 409,1 min +90 milyon 884,7 +4.1%

2026-cı ildə səhiyyə xərclərində 3,8% artım proqnozlaşdırılır. Bu, əvvəlki illərlə müqayisədə artım tempinin davam etdiyini göstərir. 2027–2029-cu illərdə artım sabit şəkildə davam edəcək, illik təxminən 3.5–4.5% aralığında dəyişəcək.

Fuad Mədətov
Finss.az