RƏSMİ

06 Fevral

Əmək pensiyasının minimum məbləği artırılıb

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib.

Dəyişikliyə əsasən, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 320 manat müəyyən olunur. Dəyişikliyə qədər bu məbləğ 280 manat idi.