RƏSMİ

29 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsi təsdiqlənib

Fins.az - Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsi haqqında” Fərman imzalayıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə olunmasını təmin etmək məqsədilə qərara alınıb ki, Fondun 2025-ci il büdcəsinin gəlirləri 14 452 465,2 min manat, xərcləri isə 14 640 224,9 min manat məbləğində təsdiq edilsin.