RƏSMİ

18 Mart

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir

Finss.az -  Milli Məclisin keçirilən iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklik müzakirə olunub.

Yeni təklifə əsasən, işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər, texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd alacaq. Bu dəyişiklik sahibkarlıq fəaliyyətinə verilən icazələr siyahısına daxil ediləcək.

Qanun layihəsi 2023-cü il yanvarın 1-dən tətbiq olunmağa başlayacaq və 2033-cü il yanvarın 1-dək qüvvədə olacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

 

© apa