RƏSMİ

19 Dekabr

Son 22 ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin həcmi 13,2 dəfə artıb

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ötən 21 il ərzində muxtar respublikaya çoxsaylı səfərləri və yüzlərlə müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektlərin açılışında iştirak etməsi də Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsidir.

Fins.az xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, qeyd olunan sürətli və sıçrayışlı inkişaf muxtar respublikanın büdcəsinin gəlir və xərclərinin dinamikasında da özünü aydın şəkildə göstərməkdədir. Beləki sn 22 ildə (2003-2024-cü illər) Naxçıvan Muxtar Respublikasının büdcəsinin həcmi 13,2 dəfə artaraq (498,3 milyon manat) 539,3 milyon manata çatıb. Bununla yanaşı, muxtar respublikanın büdcəsinin öz gəlirləri 16,5 dəfə artaraq (190,5 milyon manat) 202,8 milyon manata yüksəlib.

Fuad Mədətov
Fins.az