Finss.az - Hazırda Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişafına böyük diqqət yetirilir.
Bu barədə Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Astanada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə apardığı danışıqlardan sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ötən il bu dəhliz vasitəsilə yük daşımaları 4,5 milyon tona çataraq 62 faiz artıb.
“Gələcəkdə bu rəqəmi 10 milyon tona çatdırmaq nəzərdə tutulur. Bu istiqamətdə “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinin səmərəli fəaliyyəti mühüm rol oynayacaq”, – deyə nazir vurğulayıb.
Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu, həmçinin Orta Dəhliz kimi tanınan bu yol, Çin və Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.
©AZƏRTAC