RƏSMİ

16 Dekabr

Regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramı hazırlanacaq - Əli Əsədov

Regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramı hazırlanacaq.

Fins.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

"Eyni zamanda Hökumət tərəfindən regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanması planlaşdırılır", - o bildirib.

O qeyd edib ki, sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur.