RƏSMİ

16 Dekabr

Ümumi iqtisadi artım 4,1% təşkil edib - Baş nazir

2024-cü il iqtisadiyyatımız üçün uğurlu olacaq.

Fins.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

Baş nazir qeyd edib ki, iqtisadiyyatın inkişafını əks etdirən bəzi makroiqtisadi göstəricilər artıq ümidverici nəticələr təqdim edir:

  • İlin ilk 11 ayında ümumi iqtisadi artım 4,1%, qeyri-neft sektorundakı artım isə 6,4% təşkil edib.
  • Strateji valyuta ehtiyatlarımız 72 milyard ABŞ dollarını ötüb.
  • Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7,3%-ni təşkil edir.

Ə.Əsədov əlavə edib ki, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlıq qorunub. Bu, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və idxal qiymətlərinə azaldıcı təsirlə inflyasiyanın aşağı səviyyədə saxlanmasını təmin edib.

“Hökumət tərəfindən təsdiq edilmiş Tədbirlər Planının icrası da anti-inflyasiya tədbirlərinə əhəmiyyətli töhfə verib,” – deyə baş nazir vurğulayıb.