RƏSMİ

16 Dekabr

2025-ci ilin dövlət büdcəsi artırılır

Dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri üzrə 40 milyon manat məbləğində artım istiqamətində dəyişiklik edilir.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib.

"Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 316 000,0 min manat, xərcləri 41 367 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 520 952,0 min manat, yerli gəlirləri 795 048,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 567 265,0 min manat, yerli xərcləri 800 335,0 min manat) məbləğində təsdiq edilməsi təklif edilir", - o bildirib.