RƏSMİ

16 Dekabr

GÜNDƏM:Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın katibini qəbul edib, Bəhreyn Kralını təbrik edib, gömrük güzəştləri və məhkəmə indeksləri ilə bağlı qərarlar qəbul olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib.

Fins.az xəbər verir ki, arxiyepiskop Paul Riçard Qallager Roma Papası Fransiskin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi.

Roma Papasının sonuncu dəfə 2016-cı ildə Azərbaycana səfər etdiyini deyən dövlətimizin başçısı həmin vaxt və özünün 2020-ci ildə Vatikana səfəri çərçivəsində Roma Papası ilə görüşlərini məmnunluqla xatırladı, Roma Papasını ölkəmizə səfərə dəvət etdi.

Səfərinin əsas məqsədinin Azərbaycanda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdis edilməsi olduğunu deyən qonaq bu kilsənin inşası üçün ərazinin ayrılmasına və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi, bunun tərəfdaşlığın nümunəsi olduğunu və ölkəmizdəki katolik icması tərəfindən çox böyük rəğbətlə qarşılandığını vurğuladı.

Dövlətimizin başçısı yeni kilsənin inşasına başlanmasından məmnunluğunu ifadə edərək, Arxiyepiskop Paul Riçard Qallagerin ölkəmizə səfərinin və kilsənin tikiləcəyi ərazini təqdis etməsinin Müqəddəs Taxt-Tacın Azərbaycanın katolik icması ilə əlaqələrə verdiyi önəmi nümayiş etdirdiyini dedi. Prezident İlham Əliyev yeni tikiləcək kilsənin əlaqələrimizin yaxşı rəmzi olacağını vurğuladı.

Qonaq Azərbaycanda müxtəlif dini icmaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamasında Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rolunu xüsusi olaraq qeyd etdi. Arxiyepiskop Paul Riçard Qallager vurğuladı ki, müxtəlif dinlərin və konfessiyaların nümayəndələrinə bu cür hörmət göstərilməsi, harmonik şəraitin yaradılması Azərbaycanın və xalqımızın fərqləndirici xüsusiyyətlərindən biridir.

Dövlətimizin başçısı Azərbaycanın multikulturalizm ənənələrini qeyd edərək, ölkəmizdə müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin daim sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşadığını vurğuladı.

Arxiyepiskop Paul Riçard Qallager ölkəmizdəki katolik icmasının nümayəndələrinin Azərbaycan rəsmiləri və cəmiyyəti ilə rahat şəraitdə münasibətlərinin olmasından məmnunluğunu bildirdi və qeyd etdi ki, bu da Azərbaycana nüfuz gətirən amillərdən biridir. Qonaq ölkəmizə səfəri çərçivəsində çox səmərəli görüşlər keçirdiyini dedi.

Prezident İlham Əliyev bütün bunların Azərbaycan üçün fəxr hissi doğurduğunu bildirdi, ölkəmizdə multikulturalizmin və çoxmillətliliyin daim təmin olunmasını məmnunluqla qeyd etdi, bunu dövlət siyasəti ilə xalqımızın ənənəvi yaşayış tərzinin vəhdəti olduğunu dedi. Dövlətimizin başçısı qeyd etdi ki, müxtəlif millətlərin, dinlərin nümayəndələrinin ölkəmizdə sülh, dostluq və mehriban şəraitdə yaşaması Azərbaycana əlavə güc verir, sabitliyin və cəmiyyətdə ahəngdarlığın təmin olunmasına xidmət edir.

Azərbaycanın, həmçinin beynəlxalq səviyyədə dinlər və mədəniyyətlər arası dialoq prosesinə və bu sahədə əməkdaşlığa böyük töhfə verdiyini deyən dövlətimizin başçısı ölkəmizdə mütəmadi olaraq mədəniyyətlər və konfessiyalar arası dialoqa həsr edilən beynəlxalq tədbirlərin keçirildiyini məmnunluqla xatırladı.

Qonaq COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev bildirdi ki, COP29 ərəfəsində dünya dini liderlərinin sammiti də keçirilib və orada dünya dini liderləri tərəfindən də iqlim dəyişmələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət olunub. COP29 zamanı Azərbaycanın müxtəlif tərəflər arasında körpülərin yaradılmasına çalışdığını deyən dövlətimizin başçısı bu tədbir çərçivəsində aparılan danışıqlar prosesinin uğurlu nəticələr verdiyini xüsusilə qeyd etdi.

Söhbət zamanı regional məsələlər barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini vurğuladı.

Görüşdə Yaxın Şərqdəki vəziyyətə toxunuldu. Prezident İlham Əliyev Əsəd rejiminin çökməsindən sonra qardaş Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bir daha qeyd etdi.

Arxiyepiskop Paul Riçard Qallager dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

* * *

Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.

Fins.az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələrinin genişləndirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

* * *


Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

Fins.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən və 31 dekabr 2024-cü il tarixində qüvvədən düşəcək idxal gömrük rüsumlarından azadolmanın müddətinin 2027-ci ilin sonunadək uzadılmasını nəzərdə tutulur.

Bundan başqa, 31 dekabr 2024-cü il tarixinədək qüvvədə olan, tibbi maska idxalına tətbiq edilən idxal gömrük rüsumunun (1 ədəd üçün 3 ABŞ dollar senti) qüvvədə olma müddətinin 2027-ci ilin sonunadək uzadılması nəzərdə tutulur.

* * *

Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edib.

Fins.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, aşağıdakı məhkəmələr üçün vahid indeks müəyyən olunub:

4-21/ Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi

4-22/ Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi

4-23/ Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi

4-24/ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi

5-85/ Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsi

5-86/ Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsi

5-87/ Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsi

5-88/ Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsi

5-89/ Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsi

5-90/ Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsi

5-91/ Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsi

5-92/ Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsi

5-93/ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

5-94/ Bakı şəhəri Xətai Rayon Məhkəməsi

5-95/ Bakı şəhəri Xəzər Rayon Məhkəməsi

5-96/ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi

5-97/ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi

5-98/ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

5-99/ Bakı şəhəri Nizami Rayon Məhkəməsi

5-100/ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi

5-101/ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

5-102/ Bakı şəhəri Səbail Rayon Məhkəməsi

5-103/ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi

5-104/ Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

5-105/ Abşeron Rayon Məhkəməsi

5-106/ Ağcabədi Rayon Məhkəməsi

5-107/ Ağdam Rayon Məhkəməsi

5-108/ Ağdaş Rayon Məhkəməsi

5-109/ Ağstafa Rayon Məhkəməsi

5-110/ Ağsu Rayon Məhkəməsi

5-111/ Astara Rayon Məhkəməsi

5-112/ Balakən Rayon Məhkəməsi

5-113/ Beyləqan Rayon Məhkəməsi

5-114/ Bərdə Rayon Məhkəməsi

5-115/ Biləsuvar Rayon Məhkəməsi

5-116/ Cəbrayıl Rayon Məhkəməsi

5-117/ Cəlilabad Rayon Məhkəməsi

5-118/ Daşkəsən Rayon Məhkəməsi

5-119/ Füzuli Rayon Məhkəməsi

5-120/ Gədəbəy Rayon Məhkəməsi

5-121/ Gəncə Şəhər Məhkəməsi

5-122/ Goranboy Rayon Məhkəməsi

5-123/ Göyçay Rayon Məhkəməsi

5-124/ Göygöl Rayon Məhkəməsi

5-125/ Hacıqabul Rayon Məhkəməsi

5-126/ Xaçmaz Rayon Məhkəməsi

5-127/ Xankəndi Şəhər Məhkəməsi

5-128/ Xızı Rayon Məhkəməsi

5-129/ Xocalı Rayon Məhkəməsi

5-130/ Xocavənd Rayon Məhkəməsi

5-131/ İmişli Rayon Məhkəməsi

5-132/ İsmayıllı Rayon Məhkəməsi

5-133/ Kəlbəcər Rayon Məhkəməsi

5-134/ Kürdəmir Rayon Məhkəməsi

5-135/ Qax Rayon Məhkəməsi

5-136/ Qazax Rayon Məhkəməsi

5-137/ Qəbələ Rayon Məhkəməsi

5-138/ Qobustan Rayon Məhkəməsi

5-139/ Quba Rayon Məhkəməsi

5-140/ Qubadlı Rayon Məhkəməsi

5-141/ Qusar Rayon Məhkəməsi

5-142/ Laçın Rayon Məhkəməsi

5-143/ Lerik Rayon Məhkəməsi

5-144/ Lənkəran Rayon Məhkəməsi

5-145/ Masallı Rayon Məhkəməsi

5-146/ Mingəçevir Şəhər Məhkəməsi

5-147/ Naftalan Şəhər Məhkəməsi

5-148/ Neftçala Rayon Məhkəməsi

5-149/ Oğuz Rayon Məhkəməsi

5-150/ Saatlı Rayon Məhkəməsi

5-151/ Sabirabad Rayon Məhkəməsi

5-152/ Salyan Rayon Məhkəməsi

5-153/ Samux Rayon Məhkəməsi

5-154/ Siyəzən Rayon Məhkəməsi

5-155/ Sumqayıt Şəhər Məhkəməsi

5-156/ Şabran Rayon Məhkəməsi

5-157/ Şamaxı Rayon Məhkəməsi

5-158/ Şəki Rayon Məhkəməsi

5-159/ Şəmkir Rayon Məhkəməsi

5-160/ Şirvan Şəhər Məhkəməsi

5-161/ Şuşa Rayon Məhkəməsi

5-162/ Tərtər Rayon Məhkəməsi

5-163/ Tovuz Rayon Məhkəməsi

5-164/ Ucar Rayon Məhkəməsi

5-165/ Yardımlı Rayon Məhkəməsi

5-166/ Yevlax Rayon Məhkəməsi

5-167/ Zaqatala Rayon Məhkəməsi

5-168/ Zəngilan Rayon Məhkəməsi

5-169/ Zərdab Rayon Məhkəməsi”