Türkiyə Böyük Millət Məclisinin 60-dan çox deputatı Azərbaycana səfərə gəlir.
Fins.az, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımın verdiyi məlumata istinadən xəbər verir ki, nümayəndə heyəti sabah Milli Məclisin 106 illiyinə həsr olunan “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.
Daha sonra türkiyəli deputatlar Qarabağa, o cümlədən Şuşa və Xankəndiyə səfər edəcəklər.