RƏSMİ

24 Fevral

Azərbaycan və Monteneqro enerji əməkdaşlığını müzakirə edib

Finss.az -  Azərbaycan və Monteneqro enerji sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Bu məsələnin müzakirəsi Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyevlə Monteneqronun Dağ-Mədən Sənayesi, Neft və Qaz Naziri Admir Şahmanoviç arasında keçirilən görüşdə baş tutub.

Səfir Kamil Xasiyev sosial şəbəkə hesabında paylaşım edərək, Monteneqroya etdiyi səfər çərçivəsində Admir Şahmanoviç ilə səmərəli müzakirələr apardıqlarını və ikitərəfli enerji əməkdaşlığı və əlaqələrin möhkəmləndirilməsi istiqamətində faydalı danışıqlar olduqlarını qeyd edib.

Azərbaycan və Monteneqro arasında enerji sahəsində əməkdaşlığın inkişafı, iki ölkə arasında mövcud olan əlaqələrin daha da gücləndirilməsini təmin etmək üçün mühüm addım olaraq qiymətləndirilir.