Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıqda enerji sektoru mühüm rol oynayır.
Fins.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, Bakıda Rumıniyanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı bildirib.
O, iki ölkə arasında əlaqələrin sıx münasibətlər sayəsində strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd edib:
"Cari ilin iyul ayında Buxarestdə XİN başçıları arasında keçirilən siyasi məsləhətləşmələr, həmçinin Bakıda Rumıniya və Azərbaycan hökumətləri arasında təşkil olunan görüşlər, münasibətlərin inkişafına mühüm töhfə verib. Mədəniyyət və təhsil sahəsindəki mübadilələr də əməkdaşlığın güclənməsinə töhfə verməkdədir."