Milli Məclisin iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş) müzakirəsi keçirilib.
Fins.az-ın məlumatına görə, Dövlət sosial müdafiə fondunun 2025-ci il üzrə xərcləri 7 676 420 000,0 manat məbləğində təsdiq edilir.
Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
- Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlirləri 7 617 400 000,0 manat;
- Dövlət sosial müdafiə fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 59 020 000,0 manat.
Müzakirələrdən sonar sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.